Biologiya Fakültəsi

Biologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib

12/12/2017

Biologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclası açıq elan edən fakültənin dekanı prof. A.Ə.Quliyev şuranın gündəliyinə daxil edilən məsələlərlə üzvləri tanış edib. Gündəlikdə olan əsas məsələlərdən biri 2017-ci ildə kafedralar və Elmi-tədqiqat laboratoriyaları üzrə elmi hesabatların müzakirəsi olub.

İclasda Biofizika və molekulyar biologiya kafedrasının müdiri prof. R.Ə.Həsənov, Onurğalılar zoologiyası kafedrasının müdiri prof. Q.T.Mustafayev, Onurğasızlar zoologiyası kafedrasının müdiri prof. F.A.Ağamalıyev, Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü E.M.Qurbanov, Genetika və təkamül təlimi kafedrasının müdiri prof. R.Ə.Quliyev, Bitki fiziologiyası kafedrasının müdiri prof. V.B.Abdıyev, İnsan və heyvan fiziologiyası kafedrasının müdiri prof. Ə.H.Əliyev, Mikrobiologiya kafedrasının professoru M.M.Cəfərov illik elmi hesabatları təqdim etdilər, təqdimatlar üzrə geniş müzakirələr keçirildi. İclasda Universitetin Fundamental və təbiət elmləri üzrə Elmi hesabatlar komissiyasının sədri prof. Vaqif Salmanov iştirak edib.

Bookmark and Share