Biologiya Fakültəsi

Biologiya fakültəsinin II kurs tələbələri "Yeni bir başlanğıc" adlı təqdimat həyata keçirib

26/11/2016

25.11.2016-ci il tarixində Biologiya fakültəsinin II kurs tələbələri Fatimə Almuradova və Zərifə Baxşıyeva dos. Sevda Tahirlinin rəhbərliyi ilə “Yeni bir başlanğıc” adlı təqdimat həyata keçirmişdirlər. Təqdimatda xoşbəxtlik, yeni başlanğıc etmək, uğursuzluq qorxusu kimi bir çox mövzulara toxunulmuş, xəyallara çatmağın çətin olmadığından bəhs edilmişdir. Tədbirdə Biologiya fakültəsi ilə yanaşı digər fakültələrdən də tələbələr iştirak etmişdir. Tələbələr öz həyatlarında baş verən hadisələrdən, məşhurların həyatlarından danışaraq öz yaşıdlarına stimul verməyə çalışmışdırlar. Meksikalı rəssam Frida Khala, dağ velosipedçisi Emanuel Ofosu Yeboahdan, Nick Vyuçiçdən həmçinin azərbaycanlı Mətanət Qudsidən bəhs etmişlər. Çıxış edərkən Zərifə Baxşıyeva komplekslərindən, utancaqlığından necə qurtulduğundan bəhs etmişdir. Fatimə Almuradova məruzəsi zamanı dəvətlilərə “Xəyallarınıza çatmaq istəyirsinizsə onda hərəkətə keçin” deyə səslənmiş. Təqdimat zamanı iştirakçılarla sorğular və müzakirlər aparılmış. Universitetdaxili və -xarici keçirilmiş anketlərin nəticələri açıqlanmışdır.
Təqdimatın sonunda çıxış edən layihənin rəhbəri dos. Sevda Tahirli bildirmişdir ki: “Əvvəlcə, mən sizi bu gözəl çıxışınız üçün təbrik edirəm. Mən bu qızları hələ keçən il – onlar birinci kursda oxuyarkən kəşf etmişəm. Bu onların həyata keçirdikləri artıq ikinci uğurlu layihədir. Siz hər biriniz belə gözəl bir təqdimat edə bilərsiniz. Burada oturan hər bir tələbə kəşf olunmağı gözləyir.” O, çıxışına bu sözlərlə yekun vurmuşdur: “İçinizdəkini ilk olaraq elə özünüz kəşf edin.”



Bookmark and Share