Biologiya Fakültəsi

Biologiya fakültəsinin IV kurs tələbələrinin istehsalat təcrübəsi başa çatdı

23/04/2021

Biologiya fakültəsində Biologiya ixtisası üzrə təhsil alan buraxılış kurs tələbələri fevralın 16-dan aprelin 20-dək AMEA-nın Molekulyar biologiya və biotexnologiyalar, Genetik Ehtiyatlar, akademik Abdulla Qarayev adına Fiziologiya, Mikrobiologiya, Biofizika İnstitutlarında, Su bioehtiyatları və akvabitkilər ixtisası üzrə təhsil alan tələbələr isə, AMEA-nın Zoologiya İnstitutunda  pandemiya şəraiti ilə əlaqədar qəbul edilmiş Qaydalara riayət olunmaqla istehsalat təcrübəsi keçiblər.

Təcrübə zamanı tələbələr bitki biotexnologiyasında istifadə olunan metodlardan,  açıq sahədə meyvə ağaclarının calaq edilməsi üsulları ilə, ağciyərlərdən nanofibroinin alınması üsulundan, bitkilərdən aktiv ferment preparat ayrılması və fermentativ aktivliyin təyini üsullarında, fotosintetik pigmentlərin ayrılması və təyini, fotosintezin qaranlıq fazasının intensivliyinin, yarpaqların su saxlama qabiliyyətinin ölçməsi, DNT-nin ekstraksiyası, qatılığının və təmizlik dərəcəsinin təyin edilməsi metodlarına, PZR, mikrobioloji tədqiqat  metodlarından tədqiqatlarda istifadəsi ilə tanış olaraq praktiki olaraq həmin metodlara yiyələniblər.

Qeyd edə ki, tələbələr böyük həvəslə təcrübədə iştirak edirdilər, və səmərəli təşkil olunmuş istehsalat təcrübəsi tələbələrin yüksək ixtisaslı kadr kimi formalaşmasına xidmət edəcək vacib amillərdən biridir.









Bookmark and Share