Biologiya Fakültəsi

Biologiya fakültəsinin magistrantları Molekulyar genetika sahəsində təlimlərdə iştirak etdilər

03/10/2011

Biologiya fakültəsinin magistrantları Gülzar Nərimanova, Aygün İsrayılova, Elvin Hüseynov  “Excellences in Molecular Genetics” təliminin iştirakçıları oldular. Təlim Alman Akademik Mübadilə Xidməti (DAAD), Heydelberq Universitetinin Manheim Tibb fakültəsi (UUM) və Bakı Dövlət Universiteti tərəfindən təşkil olunmuşdur. Təlimdə Qazaxıstan, Özbəkistan, Türkiyə, Çexiya və Rusiyadan dəvət olunmuş gənc həkimlər və bioloqlar da iştirak etmişdirlər.Təlimin  məqsədi tələbə və gənc alimlərin molekulyar genetika sahəsində nəzəri və praktik biliklərinin artırılması idi. Beş günlük təlimdə ( 24-28 Sentyabr, 2011) Zəncirvari Polimeraza Reaksiyası (PCR), klonlaşdırma, microarray və RNT-nin parçalanması kimi mövzular əhatə olunmuşdur. Təlimlər Heydelberq Universitetinin Manheim Tibb fakültəsindən prof. Matthias Hafner və Dr. Ralf Jesenofsky tərəfindən aparılmışdır. Təlimin sonunda iştirakçılara sertifikatlar verildi.

Həmçinin prof.Matthias Hafner və Dr.Ralf Jesenofsky Bakı Dövlət Universitetinin rəhbərliyi tərəfindən dəvət olunmuşdular. Rektor akad. Abel Məhərrəmovla görüş keçirdikdən sonra onlar laboratoriya və kafedralarla tanış oldular. Hal–hazırda Heydelberq Universiteti ilə Bakı Dövlət Universiteti arasında tələbə mübadiləsi haqqında danışıqlar aparılır.

Bookmark and Share