Biologiya fakültəsinin əməkdaşı 2 beynəlxalq elmi konqresdə iştirak etmişdir
06/11/2019Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Genetika və təkamül təlimi kafedrasının müəllimi Natəvan Baxşəliyeva Türkiyənin Antalya şəhərində 26-29 oktyabr tarixində “2.EBAT” və 31 oktyabr – 03 noyabr tarixlərində keçirilən “2.ENVİROCHEM” beynəlxalq elmi kongresslərində iştirak etmişdir. N.Baxşəliyeva 20 dövlətin nümayəndələrinin iştirak etdiyi “2. ENVİROCHEM” elmi kongressinin təşkilat komitəsinin üzvü seçilmişdir. Eyni zamanda o, Posterlərlə çıxış edərək Bakı Dövlət Universitetini təmsil etmiş və sertifikatlara layiq görülmüşdür.
