Biologiya Fakültəsi

Biologiya fakültəsinin əməkdaşları Erasmus+ proqramı çərçivəində Çexiya Respublikasına ezam olunmuşlar

02/05/2019

21.04.2019-02.05.2019 tarixlərində Biologiya fakültəsinin əməkdaşlarının – Biokimya və biotexnologiya kafedrasının dosenti Abdullayeva Nailə Akif qızı və Genetika və təkamül təlimi kafedrasının müəllimi Baxşəliyeva Natəvan Zöhrab qızının Erasmus+ proqramı çərçivəsində Çexiya Respublikasına səfəri baş tutmuşdur. 12 günlük səfər çərçivəsində əvvəlcədən tərtib olunmuş proqrama uyğun olaraq səfər iştirakçıları Karlova Universitetində olmuş, orada tədris prossesi ilə - mühazirələr və praktik dərslərin həyata keçirilməsi ilə yaxından tanış olmuşlar; Təbiət Elmləri Fakültəsinin əməkdaşları ilə görüşmüş, fikir mübadiləsi aparmışlar, birgə elmi-tədqiqat işlərinin aparılmasına dair müzakirələr aparılmış. Əməkdaşlarımız Çexiyanın Mohelno vilayətində təşkil edilmiş Universitetlərarası Seminarda iştirak etmiş və həmin seminarda Natəvan Baxşəliyeva Bakı Dövlət Universitetini orada təmsil edərək, çıxış etmişdir. Çexiyanın Brno şəhərindəki getmiş və oradakı Masarik Universiteti tərəfindən yaradılmış Mendel Muzeyində olmuşlar, maraqlı faktlar və məlumatlar toplamışlar. Nailə Abdullayeva və Natəvan Baxşəliyeva Praqadan kənarda yerləşən Ruhi sağlamlıq İnstitutunun Fiziologiya laboratoriyasına dəvət olunmuşlar. Həmin laboratoriyanın əməkdaşları ilə görüşlər keçirilmiş, fikir mübadilələri aparılmış və praktik işin prinsipləri ilə, həmçinin avadanlıq və metodlarla tanış olmuşlar, laboratoriya əməkdaşlarının Bakı Dövlət Universitetinə mart ayındakı səfəri zamanı biologiya fakültəsinin tələbələri ilə birə həyata keçirilmiş elmi araşdırmaların təhlilində iştirak etmişlər.

Nəticədə qeyd etmək lazımdır ki, gələcəkdə də bu əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub. Yeni layihələr, təcrübələr, ortaq çalışmaların həyata keçirilməsi, konfranslarda birgə iştirak və məqalələrin işlənib hazırlanması, həmçinin də yeni mübadilələr gözlənilir.










Bookmark and Share