Biologiya Fakültəsi

Biologiya fakültəsinin əməkdaşları, magistr və tələbələrinin dekan prof. A.Ə. Quliyevin rəhbərliyi ilə Çexiya Respublikasına səfəri olmuşdur (FOTO)

12/09/2011

22.08.2011 tarixində Biologiya fakültəsinin əməkdaşları, magistr və tələbələrinin dekan prof. A.Ə. Quliyevin rəhbərliyi ilə Çexiya Respublikasına səfəri olmuşdur. Səfərin əsas məqsədi BDU-nin Biologiya fakültəsi ilə Çexiyanın Karl Universiteti arasındakı əlaqələri gücləndirmək olmuşdur.
10 günlük səfər ərəfəsində Karl Universitetinin əməkdaşları universitetlə tanış etdilər. Burada universitetin strukturu, onun nailiyyətləri və s. haqqında ətraflı məlumat verildi. Sonra müxtəlif kafedralarda aparılan işlər haqqında danışıldı və əyani olaraq bu işlər nümayiş edildi. Səfər iştirakçıları, həmçinin, universitetin Botanika bağı ilə də tanış oldular. Burada bitən müxtəlif nadir bitkilər göstərildi. Sonda isə Praqa şəhərində olan zooparka gəzinti təşkil olundu. Praqa zooparkı nadir heyvanları və böyüklüyü ilə çox məşhurdur. Belə ki, bu zoopark öz sahəsinə və orada saxlanılan nadir heyvanlarına görə dünya zooparkları arasında VII yerdə durur. Sözsüz ki, burada olan növ müxtəlifliyi, zooparkın təşkili və ən əsası burada heyvanlara göstərilən qayğı səfər iştirakçılarını heyran etmişdir. Nəticədə qeyd etmək lazımdır ki, gələcəkdə də Karl Universiteti ilə belə mübadilələr gözlənilir.



Bookmark and Share