Biologiya Fakültəsi

Biologiya fakültəsinin əməkdaşları və tələbələri Çexiya Respublikasında ezamiyyətdə

26/08/2019

BDU-nun Biologiya fakültəsinin Çexiya Respublikası Karlova Universiteti ilə tədris və elm sahəsində əməkdaşlıq Memorandumu çərçivəsində hər il olduğu kimi 2019-cu il avqust ayında da Biologiya ixtisası üzrə təhsil alan bir qrup tələbə və professor-müəllim heyəti Çexiya Respiblikasına ezam olunmuşlar. Hazırda səfərdə olan bakalavr tələbələr Karlova Universitetinin Fiziologiya laboratoriyası, Biotexnologiya və Biotibb Mərkəzi, Balıqartırma, Mental Sağlamlıq İnstitutu və Praqanın Kimya və Texnologiya Universitetinin laboratoriyalarında təşkil olunmuş elmi seminar və təlimlərdə iştirak edirlər. Qeyd olunmuş laboratoriyaların professorları və elmi işçiləri tələbələrə aparılan elmi işlər haqqında məlumat verir, elmi müzakirələr aparır və onların elmi təcrübələrdə bilavasitə iştirakı üçün şərait yaradırlar. Onu da qeyd edək ki, Mental Sağlamlıq İnstitutunun əməkdaşları yazda BDU Biologiya fakültəsində elmi ezamiyyətdə olmuş və elmi-tədqiqat işlərinin müəyyən mərhələsini burada həyata keçirmişlər.




























Bookmark and Share