Biologiya fakültəsinin professor - müəllim heyəti Karlov Universitetininə olublar
14/10/2016Biologiya fakültəsinin bir qrup professor – müəllim heyəti 15-28 avqust 2016-cı il tarixində qarşılıqlı əməkdaşlıq çərçivəsində Çexiyanın Praqa şəhərində yerləşən Karlov Universitetində və Kimyəvi Texnologiyalar Universitetində yaradıcılıq təcrübəsində olmuşdular.
- Qənbərov Xudaverdi Qənbər oğlu – Mikrobiologiya kafedrasının müdiri,b.e.d.,professor;
- Əbdülhəmidova SamirəMəzahir qızı – Mikrobiologiya kafedrasının müəllimi, b.ü.f.d;
- Məmmədov Çingiz Ağamusa oğlu – Onurğalılar zoologiyası kafedrasının müəllimi, b.e.n., dosent;
- Ömərova Səbinə Novruz qızı – Biologiya fakültəsinin dekan müavini, b.ü.f.d., dosent;
- Ömərov Yaşar Adil oğlu – Biokimya kafedrasının dosenti, b.ü.f.d.;
- Əmrahov Nurlan Rəşid oğlu – Biokimya kafedrasının doktorantı;
- Baxşəliyeva Natavan Zöhrab qızı – Genetika kafedrasının müəllimi, b.ü.f.d.;
- Hacıyeva Könül Adıgözəl qızı – Genetika kafedrasının dissertantı
Fakültə əməkdaşları Karlov Universitetinin və Kimyəvi Texnologiya İnstitutunun müxtəlif kafedralarında aparılan elmi tədqiqat işləri ilə və tədris olunan fənlərlə tanış olmuşlar. Bu ali məktəblərin alimləri ilə görüşlər keçirmiş və fikir mübadiləsi aparmışlar.
