Biologiya fakültəsinin professoru beynəlxalq jurnalın Redaksiya Heyətinə üzv seçilib
24/12/2021Bakı Dövlət Universitetinin Biologiya fakültəsi, Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilov nüfuzlu beynəlxalq “Biomedical Nanotechnology” Jurnalının Redaksiya Heyətinə üzv seçilib.
“Biomedical Nanotechnology” jurnalı nanotexnologiyanın tibbdə, dərmanların çatdırılma sistemlərində, yoluxucu xəstəliklərdə, biotibbi elmlərdə, biotexnologiyada və həyat elmlərinin bütün digər əlaqəli sahələrində tətbiqinə yönəlmiş tədqiqatlarla bağlı elmi məqalə və icmalların dərc edilməsini nəzərdə tutan multidissiplinar jurnaldır.
Ətraflı məlumat üçün linkə keçid edin:
