Biologiya Fakültəsi

Biologiya fakültəsinin TEC-nin seminarı keçirildi

02/12/2011

01.12.2011 tarixində Biologiya fakültəsinin TEC-nin seminarı keçirildi. Seminarda “İnsan və heyvan fiziologiyası” kafedrasının II kurs magistrantı Məmmədova Könül “Teratologiya-eybəcərliklər haqqında elm” mövzusunda çıxış etdi. Məruzəçi insan eybəcərliklərinin müxtəlif növləri haqqında geniş məlumat verdi. Bundan əlavə belə anomaliyaların yaranma səbələrindən danışıldı. Belə ki, burada bir neçə faktorlar mühüm rol oynayır. İlkin faktorlardan biri kimi məhz genetik faktor göstərilir. Lakin məruzəçi bir neçə nümunələr əsasında göstərdi ki, belə anomaliyaların əmələ gəlməsi çox vaxt hamiləlik zamanı müxtəlif xarici faktorların təsiri nəticəsində yaranır. Xarici faktor kimi müxtəlif kimyəvi maddələr, dərman preparatları, fiziki travmalar və s. göstərmək olar. Lakin belə faktorların təsirinə məruz qalan hər bir şəxsdə anomaliyalar yaranmır. Bunun üçün həmin insanda belə anomaliyalara genetik meyillilik olmalıdır. Sonda məruzəçi son statistik məlumatları çatdırdı və iştirakçıların çoxsaylı suallarını cavablandırdı.

Bookmark and Share