Biologiya Fakültəsi

Biologiya fakültəsinin TEC-nin seminarı keçirildi

03/05/2012

03.05.2012 tarixində TEC-nin növbəti seminarı keçirildi. Seminarda “Azərbaycan Ornitoloji Cəmiyyəti” (AOS) qeyri-hökümət təşkilatının sədri, biologiya üzrə fəsəfə elmləri doktoru Elçin Sultanov və cəmiyyətin əməkdaşı Sevinc Saruxanova “Azərbaycanda quşların tədqiqi və mühafizəsi” mövzusunda çıxış etdilər.

İlk olaraq Tələbə Elmi Cəmiyyətin sədri Anar Qocayev qonaqları salamlayaraq seminarı açıq elan etdi. Sevinc xanım AOS haqqında, cəmiyyətin məşğul olduğu işlərdən, burada aparılan tədqiqatlardan geniş məlumat verdi. Belə ki, cəmiyyətin əməkdaşları quşların qorunması ilə bağlı daima respublikamızım müxtəlif regionlarına ekspedisiyalar keçirir, quşların monitorinqi keçirilir. Bundan əlavə nəinki quşların, eyni zamanda digər heyvanların ümumilikdə bütün təbiətin qorunması ilə bağlı işlər aparılır. Daima ekspidisiyalar təşkil olunan rayonlarda əhali arasında maarifləndirmə işləri aparılır, məktəblərə müraciət edilir, məktəb şagirdlərinə müxtəlif əyləncəli oyunlar vasitəsilə təbiəti qorumağın əhəmiyyəti izah olunur. AOS eyni zamanda Avropanın digər cəmiyyətləri ilə də birgə işləyir. Bunlardan Almaniyanın GİZ cəmiyyətini misal göstərmək olar. Sonra Elçin Sultanov öz tədqiqatları, layihələr, cəmiyyətin imkanları haqqında geniş məlumat verdi. Sonda məruzəçilər iştirakçıların çoxsaylı suallarına cavab verdilər.

Seminarda Biologiya fakültəsinin müəllim heyyəti, əməkdaşlar, aspirant, magistrant və tələbələr iştirak etdilər.

 

 

 

 

 

 

 

Bookmark and Share