Biologiya Fakültəsi

Biologiya fakültəsinin TEC-nin seminarı keçirildi

29/02/2012

29.02.2012 tarixində Biologiya fakültəsinin TEC-nin bu ildə ilk seminarı keçirildi. Seminarda Onurğalılar zoologiyası kafedrasının əməkdaşı Hüseynova Səbinə “İnsanın təkamül yolu” mövzusunda çıxış etdi. Seminar ingilis dilində aparıldı. Burada insanın yaranışından, nəsli kəsilmiş müxtəlif insan növlərindən bəhs edildi. Eyni zamanda dünya üzrə antropologiya sahəsində olan yeni kəşflərdən də danışıldı. Belə ki, son 3 il ərzində Amerika tədqiqatçılarının keçirdiyi ekspedisiyalar nəticəsində yeni insan növünün (Ardipithecus ramidus) qalıqları aşkar edilmişdir. Bu insan növü baxmayaraq ki, 4.4 mln. il bundan əvvəl yaşamışdır, amma iki ayaq üzərində gəzirdi. Ən maraqlısı budur ki, bu kəşfə qədər ilk iki ayaq üzərində gəzə bilən növ Homo erectus hesab olunurdu. O, isə 1.8 mln. il bundan əvvəl yaşamışdır. Bu yeni açalış bütün dünya alimlərini təəccübləndirmişdir. Seminarda yeni tapılmış növün iki ayaq üzərində gəzməyə başlamasının səbələrini izah edən dünya arxeoloqlarının nəzəriyyələrindən də danışıldı. Eyni zamanda sonda iştirakçıların verdiyi suallar əsasında bu nəzəriyyələr müzakirə edildi.

 

 

 

 

 

 

 

Bookmark and Share