Biologiya Fakültəsi

Biologiya fakültəsinin TEC-nin seminarı keçirildi

19/04/2012

19.04.2012 tarixində Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi. Seminarda Alıyeva Nigar “Sağlam qidalanma” mövzusunda çıxış etdi. Seminar məruzəçinin bu mövzuda yazdığı kitab əsasında təşkil olunmuşdur. Burada sağlam qidalanmanın üstünlükləri, belə qidalanmanın yolları, bizə mənfi təsir göstərən qidalanma yolları haqqında geniş məlumat verildi. Məruzəçi eyni zamanda pəhriz saxlamaq haqqında da danışdı. Burada pəhrizin növləri, onların mənfi və müsbət cəhətləri, düzgün pəhriz saxlama yolları və s. müzakirə olundu. Sonda məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırdı.

Seminarda fakültənin professor-müəllim heyyəti, fakültənin digər əməkdaşları, magistrantlar və tələbələr iştirak etdilər.

Bookmark and Share