Biologiya fakültəsinin tələbələri fənnyönümlü təcrübədə
06/06/2022Əsası 1967-ci ildə qoyulmuş Mehdiabad Üzüm Emalı müəssisəsi 2013-cü ildən “Abşeron Şərab” ASC kimi yenidən fəaliyyətə başlamışdır. Biologiya fakültəsinin "Biotexnologiya" ixtisası üzrə II kurs tələbələri “Abşeron-Şərab” ASC Mehdiabad Üzüm Emalı müəssisəsində nəzəri bilikləri möhkəmləndirmək üçün 1günlük istehsalat təcrübəsi keçmişlər. Təcrübə zamanı tələbələr müəssisədə Amerika və Avropanın ən qabaqcıl şirkətləri tərəfindən istehsal edilmiş cihazlar, avadanlıqlar və onların işləmə mexanizmləri ilə tanış olmuşlar. Tələbələr sərbəst şəkildə nümunələrin və sınaqların götürülməsini həyata keçirmişlər. Şirkətin texnoloqları tələbələrin gördükləri işlərin təqdimatında və müzakirə olunmasında dinləyici kimi iştirak etmişlər. Gün ərzində müşahidələr zamanı tələbələr müxtəlif avadanlıqların iş prinsipini izləmiş və öyrənmişlər. Tələbələr həmçinin avadanlıqların yüklənməsi və emal müəssisələrinə daşınması proseslərilə də tanış olmuşlar. Müəssisənin mütəxəssisləri tələbələri gündəlik texniki-təhlükəsizlik qaydaları və ekoloji monitorinqlərin aparılması ilə təlimatlandırmışlar. Təcrübənin yekunu olaraq tələbələr “Abşeron-Şərab” ASC-nin fəaliyyəti ilə tam məlumatlandırılmışlar. Nəzəriyyədən təcrübəyə və tədbiqə doğru yönələn bu növbəti təcrübə tələbələr tərəfindən effektiv məhsuldar bir tarix kimi qiymətləndirilib.
