Biologiya Fakültəsi

Biologiya fakültəsinin tələbələri Həsən bəy Zərdabi adına təbiət tarixi muzeyində olublar

23/02/2016

Bakı Dövlət Universitetinin biologiya fakültəsinin ikinci kurs tələbələri dosent Əbülfəz Tağıyevin rəhbərliyi ilə Həsən bəy Zərdabi adına təbiət tarixi muzeyində olublar. Dünyada məşhur və unikallığı ilə seçilən ikinci belə muzey ABŞ-ın kaliforniya ştatında yerləşir. Tələbələr muzeydə müxtəlif qrup onurğalı heyvanlara aid nümunələrlə tanış olublar. Muzeydə Azərbaycanın müxtəlif bölgələrinə aid yaşı 400 milyon ilə qədər olan nadir eksponatlar nümayiş etdirilir. Eksponatlar onurğalı heyvanların mənşəyi və təkamülü, eləcə də yer planetinin öyrənilməsində əsas mənbələrdən hesab olunur.

Bookmark and Share