Biologiya Fakültəsi

Biologiya fakültəsinin tələbələri “İlin ən yaxşı şam ağacı” müsabiqəsinin qalibi oldu

26/12/2014

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi ənənəsinə  uyğun olaraq bu il də “İlin ən yaxşı şam ağacı” müsabiqəsini həyata keçirib. Universitetin 17 fakültəsi “İlin ən yaxşı şam ağacı”nı təqdim edib. Rektor, akademik Abel Məhərrəmov bəzədilmiş şam ağaclarını baxış keçirib, tələbələrlə səmimi söhbət edib, xatirə şəkli çəkdirib və bütün fakültələrin hazırlığından razılığını ifadə edib.

Sonda qaliblər elan edilib. Biologiya, Coğrafiya, Tarix, Jurnalistika, Hüquq və Kimya fakültələri birinci yeri, digər fakültələr isə ikinci yeri tutublar. Qaliblərə pul mükafatı verilib.



Bookmark and Share