Biologiya fakültəsinin tələbələri çöl-tədris təcrübəsində
04/06/2019Biologiya fakültəsinin IV kurs tələbələri aprel-may aylarında Abşeron yarımadasında çöl-tədris təcrübəsini keçiblər. Təcrübə çərçivəsində tələbələr Botanika və Zoologiya kafedrasının professor-müəllim heyətinin rəhbərliyi ilə Abşeron Dövlət Qoruğu, Abşeron Milli Parkı, Qobustan Qoruğu, Masazır düzlü göl ətrafı, Zirə Ekoparkı, Qanlıgöl ətrafı (Yasamal rayonu), AMEA-nın Dendrologiya İnstitutu, AMEA-nın Nəbatət bağı, AMEA-nın Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Novxanı dəniz kənarına səyyahət edərək, həmin ərazilərin flora və faunasını müşahidə etmişlər. Müşahidə olunmuş heyvan növləri haqqında məlumat toplamış, bitki növlərini isə həmçinin herbariləşdirib, təsnifatda yerini müəyyən etmişlər. Bu cür infoturların təşkili nəinki Biologiya fakültəsində, digər ixtisaslar üzrə təhsil alan tələbələr üçün də böyük əhəmiyyət kəsb edir.
