Biologiya Fakültəsi

Biologiya fakültəsinin tələbəsi Riqa Texniki Universitetində

10/04/2021

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Biologiya ixtisası üzrə təhsil alan ııı kurs tələbəsi Mehrəliyeva Mələkxanım Riqa Texniki Universitetində keçiriləcək yay məktəbində tam təqaüdlə iştirak haqqı qazanmışdır.

Bakı Dövlət Universitetinin Biofizika və Biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun verdiyi tövsiyə məktubunun tələbənin tam təqaüdlə yay məktəbində iştirak etməsində böyük rolu olmuşdur.

 

Ekoloji iqtisadiyyat, Bioloji Resursların Davamlı İstifadəsi mövzusunda olan yay məktəbində aşağıdakı mövzularda təlimlər keçiriləcək:

  • İqlim Dəyişikliyi Analizi və Mümkün Azaldılma Mexanizminin Təyini
  • Bioloji Resursların Davamlı İstifadəsi
  • İnnovativ Məhsulların yaradılması
  • Ətraf Mühit Texnologiyalarının Tətbiqdə istifadəsi
  • Bioekonomiyada Tədqiqat Metodologiyası: Məlumatların Toplanması, İşlənməsi və Təhlili
  • Eko-Dizayn İnkişafı

Qeyd edək ki, tələbəmiz Mələkxanım Mehrəliyeva professor Rövşən Xəlilovun rəhbərliyi alında Biofizika və Biokimya kafedrasında könüllü olaraq fəaliyyət göstərir.

3-cü kurs tələbəsi olan Mələkxanım Mehrəliyeva həmçinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Ruminyanın Sfantu Gheorghe şəhərində keçirilən 10 günlük Erasmus + layihəsində, Almaniyanın Frauenhaus Bergstrasse İctimai birliyi ilə “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi ilə birgə həyata keçirilən “Qeyri-zorakı cəmiyyətin inkişafı üçün dəyərlərin təşviqi” layihəsi çərçivəsində təşkil edilən təlimdə iştirak etmişdir.





Bookmark and Share