Biologiya Fakültəsi

Biologiya fakultəsinin kollektivi təbrik edir

19/03/2012

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011 ci ilin noyabrında elan etdiyi "Gənc alim və mütəxəssislərin qrant layihələri müsabiqəsi"nin (EİF/GAM-2011-2(4)-FT) cavabları 19.03.2012 tarixində açıqlandı . Müsabiqədə qalib olan layihələrdən biri- Bakı Dövlət Universiteti, Biologiya fakultəsi, Biofizika və molekulyar biologiya kafedrasının professoru Rövşən Xəlilovun və Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti İsmət Əhmədovun rəhbərlik etdiyi magistrlardan ibarət  qrupun   "Nanohissəciklərin bitki hüceyrələrinin plazmatik membranının elektrik parametrlərinə təsiri"  mövzusundakı qrant layihəsidir.  Layihə iştirakçıları aşağıdakılardır :

Ağayeva Nərgiz-layihənin rəhbəri, Biofizika və molekulyar biologiya kafedrasının II kurs magistrantı.
Ramazanlı Vəfa-layihə icraçısı, Biofizika və molekulyar biologiya kafedrasının dissertantı.
Xəlilova Gülnar-layihə icraçısı, biofizika və molekulyar biologiya kafedrasının I kurs magistrantı.
Hüseynli Əsmər-layihə icraçısı, Onurğasızlar zoologiyası kafedrasının I kurs magistrantı.
Abdullayeva Aynur-layihə icraçısı, Nanomaterialların kimyəvi fizikası kafedrasının II kurs magistrantı.

Bookmark and Share