Biologiyada elmi nailiyyətlər mövzusunda Respublika elmi-konfransı
23/06/20092009-cu il may ayının 22-23-də Biologiya fakultəsində Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş "Biologiyada elmi nailiyyətlər" mövzusunda Respublika elmi-konfransı keçiriləcəkdir.
Konfrasda iştirak etmək üçün tezislər 2009-cu il aprel ayının 30-na kimi təşkilat komitəsinə təqdim olunmalıdır.
Təqdim olunacaq tezislər aşağıdakı tələbatlara uyğun tərtib olunmalıdır:
- tezislər 2 nüsxə kompyüterdə A-4 formalı kağızda 14 şriftlə, 1,5 intervalda çap olunmalıdır; Rus dilində tezislər Times New Roman şrifti ilə, Azərbaycan dilində isə A7 Times Az Lat şrift ilə disketlə birlikdə təqdim olunmalıdır.
- hər müəllifdən ikidən artıq tezis qəbul olunmayacaq;
- tezislər azərbaycan və ya rus dillərində tərtib oluna bilər.
Bakı şəhəri - Bakı Dövlət Universiteti, biologiya fakültəsi
Otaq № 250, əlaqə telefonu 439-06-13.
