Biologiyanın professor-müəllim heyəti İDEA Heyvanlara Qayğı Mərkəzində
10/11/202210 noyabr 2022-ci il tarixdə Biologiya fakültəsinin bir qrup professor-müəllim heyəti Bakının Qaradağ rayonunda yerləşən, təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulmuş İDEA Heyvanlara Qayğı Mərkəzində olublar. Onlar mərkəzdə quraşdırılmış akvapon qurğularının iş prinsipi ilə tanış olublar, sistemin fəaliyyəti zamanı bitkilərin, balıqların, mikroorqanizmlərin ümumi vəziyyətində yaranmış problemlərlə bağlı müəyyən müzakirələr aparıblar. Bu qurğu-sistemin yaradılmasının əsas məqsədi su mühitində balıqların iştirakı ilə bitkilərin yetişdirilməsidir. Balıqların tullantılarının ilkin mineralizasiyasından sonra tam parçalanması və sonradan bitkilər tərəfindən mənimsənilməsi sistemin əsas iş prinsipidir. Bu sistemdə kahı, kələm, cəfəri, göy soğan, keşniş, şüyüd və s. kimi bitkilərin yetişdirilməsi mümkündür. Gələcəkdə tələbələrin bu sistemlə bağlı təcrübələrinin burada keçirilməsi planlaşdırılır.
