Biologiya Fakültəsi

Biomühəndislik elmi tədqiqat laboratoriyasının növbəti onlayn seminarı keçirilib

16/02/2021

16 Fevral 2021-ci il tarixində BDU-nun Biologiya fakültəsinin “Biomühəndislik” elmi tədqiqat laboratoriyasının Microsoft TEAMS platforması üzərindən “Qida sənayesi tullantılarından punikalogin, likopen, resveratrol və tanninin alınması və bioloji sistemlərin davamlılığı və təhlükəsizliyinin yaradılmasında tətbiqi” mövzusunda onlayn seminarı keçirildi. Biologiya fakültəsinin əməkdaşlarının və doktorantlarının iştirak etdiyi seminarda məruzəçilər, Biofizika və biokimya kafedrasının doktorantı Lalə Məmmədova və “Biomühəndislik” ETL-nin kiçik elmi işçisi Günel Mehdiyeva son illərdə biologiya və tibb elmi üçün aktuallığını saxlayan mövzu olan sərbəst radikalların orqanizmdə yaratdığı fəsadlar, onlara qarşı müdafiə funksiyası yerinə yetirən təbii mənşəli antioksidant birləşmələr, xüsusilə dünyada pandemiya yaradan Sars-CoV-2 virusunun hüceyrəyə daxil olması və çoxalmasının qarşısının alınmasında antioksidant birləşmələrin rolu haqqında məlumat verdilər. Məruzəçilər qida sənayesi tullantılarının yenidən email hesabına müxtəlif antioksidant birləşmələrin əldə edilməsi texnologiyasının elmi və iqtisadi baxımdan məqsədəuyğunluğundan bəhs etdilər. Seminar sonunda mövzu haqqında geniş diskussiya keçirildi və iştirakçıların çoxsaylı sualları cavablandırıldı.




Bookmark and Share