Biologiya Fakültəsi

Biomühəndislik ETL-nin “Биосенсор для определения полифенолов и антиоксидантной активности в пищевых продуктах” mövzusunda elmi seminarı

22/04/2021

Biologiya fakültəsinin “Biomühəndislik” elmi tədqiqat laboratoriyasının Microsoft TEAMS platforması üzərindən növbəti onlayn elmi seminarı keçirildi. Müzakirə mövzusu “Биосенсор для определения полифенолов и антиоксидантной активности в пищевых продуктах” olan seminarda Biologiya fakültəsinin professor-müəllim heyəti, doktorant və magistları iştirak etdi. Məruzəçi, “Biomühəndislik” ETL-nin aparıcı elmi işçisi, biologiya elmləri namizədi Rüfət Ağalarov meyvə şirələri və şərablardakı polifenolların və onların antioksidant aktivliyinin ekspress təyini üçün biosensorların istehsal variantları haqqında məlumat verdi. Biosensorların lakkaza və tirozinaza əsasında istehsal variantları, qrafen və karbon nanoboruları kimi substratlarda immobilizasiya üsulları təklif edildi, enzimlərin stabilləşdirilməsi və müxtəlif konfiqurasiyalı nanosensorların istifadə müddəti kimi məsələlər nəzərdən keçirildi. Seminar sonunda mövzu haqqında geniş diskussiya keçirilərək iştirakçıların çoxsaylı sualları cavablandırıldı.




Bookmark and Share