Biologiya Fakültəsi

"Биосенсоры для регистрации антиоксидантов” mövzusunda onlayn elmi seminar

11/02/2021

11 Fevral 2021-ci il tarixində BDU-nun Biologiya fakültəsinin “Biomühəndislik” elmi tədqiqat laboratoriyasının Microsoft TEAMS platforması üzərindən “Биосенсоры для регистрации антиоксидантов” mövzusunda onlayn seminarı keçirildi. Biologiya fakültəsinin professor, müəllim və doktorantlarının iştirak etdiyi seminarda məruzəçi, “Biomühəndislik” ETL-nin aparıcı elmi işçisi, biologiya elmləri namizədi Rüfət Ağalarov biosensorların quruluşu, iş prinsipi, yeni biosensorların yaradılmasında son illərdə istifadə olunan texnologiyalar haqqında məlumat verdi. Öz çıxışında R. Ağalarov son illərdə biologiya və tibb elmi üçün aktuallığını saxlayan antioksidant birləşmələrin biosensorlar vasitəsilə təyin edilməsinə imkan verən texnologiyalardan bəhs etdi. Seminar sonunda mövzu haqqında geniş diskussiya keçirilərək iştirakçıların çoxsaylı sualları cavablandırıldı.








Bookmark and Share