Bir bioloqun xaricə səfəri
05/12/2019Biologiya fakültəsində "Bir bioloqun xaricə səfəri" adlı seminarı keçirilmişdir. Seminar, Biologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Aytac Əliyevanın təşəbbüsü və fakültə rəhbərliyinin dəstəyi ilə təşkil olunmuşdur. Aytac Türkiyə, Avropanın aparıcı universitetlərində təhsil almaq arzusunda olan gənclərimizdən biridir. Lakin öz arzusuna çatmaq üçün bir neçə maneəni, ən əsası da məlumatsızlığı dəff etmək məcburiyyəti ilə rastlaşdığına görə, daha aşağı kurslarda təhsil alan tələbələrə qazandığı təcrübə ilə bölüşmək, onların bu istiqamətdə uğur əldə etmələri üçün Aytac keçirilən seminarda Biologiya ixtisası üzrə Mevlane, Erasmus+ lahiyələri çərçivəsində mübadilə proqramlarında iştirak etmək və uğur qazanmaq üçün məlumatları ilə bölüşdü. Seminar iştirakçılarının çoxsaylı sualları məruzəçi və seminarda iştirak edən dekan müavinləri tərəfindən cavablandırıldı.
