Biologiya Fakültəsi

Bitki hüceyrəsi ikiqat simbiozun nəticəsidir

04/04/2019

4 aprel 2019-cu il tarixində Biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Bitki hüceyrəsi ikiqat simbiozun nəticəsidir" elmi seminar keçirildi. Seminarda  Biologiya fakültəsinin dekanı prof. Akif Quliyev, Bitki fiziologiyası kafedrasının müdiri prof. Vilayət Abdıyev, Biofizika və molekulyar biologiya kafedrasının müdiri prof. Ralfrid Həsənov, TEC-in üzvləri və tələbə iştirak etdi. Seminarın açılışında TEC-in sədri dos. Çingiz Məmmədov iştirakçıları salamlayaraq seçilmiş mövzu haqqında qısa məlumat verdi və sözü məruzəçiyə ötürdü.  Məruzəçi III kurs tələbəsi Ramazanova Məryəm mövzu haqqında dinləyicilərə ətraflı məlumat verdi və çıxışın yekununda məruzəçi professor və tələbələrin çoxsaylı suallarını ətraflı cavablandırdı.







Bookmark and Share