Biologiya Fakültəsi

BİOLOGİYA FAKÜLTƏSİNDƏ DƏYİRMİ MASA KEÇİRİLDİ

06/04/2022

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 5 aprel 2022-ci il tarixində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “2 aprel – Dünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş “Autizm xəstəlik deyil, fərqlilikdir!” mövzusunda dəyirmi masa keçirilib.

Zamanımızın aktual  mövzularından olan Autizm ilə bağlı maarifləndirici  tədbirin əsas məqsədi cəmiyyətimizdə autizm spektr pozuntularından əziyyət çəkən insanlara qarşı həssas yanaşmanı təbliğ etməkdən ibarət olub.  Tədbirdə Autizm nədir və bu problemi  daşıyan şəxslərin müəyyən sosial qruplara adaptasiyası, eləcə də  cəmiyyətə inteqrasiyası məsələlərinə toxunulub. Həmçinin autizm spektr pozuntusu ilə dünyaya gələn uşaqların sayında artım müşahidə olunduğu və bu problemin get-gedə daha da qloballaşacağı nəzərə çatdırıldı. Autizm haqqında tələbələrimiz hansı məlumatı bilməlidir və gündəlik həyatımızda autist uşaqlara qarşı münasibətin necə qurulması haqqında məlumatlarla tədbiri  Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekani Afət Məmmədova açdi. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Aynur Mustafayeva “Autizm spektor pozuntularında koqnitiv və həssas proseslər”  mözusunda geniş təqdimat etdi və məktəb psixoloqu Aygül Mirzəliyeva “Autizm barədə maarifləndirmənin əsas aspektləri”  mövzusunda məruzə ilə çıxış etdi. Daha sonra tələbələrlə adı gedən mövzu geniş müzakirə edildi. Tələbələrin çoxsaylı sualları psixoloqlar tərəfindən cavablandırıldı.

Tədbirin sonunda sağlamlıq imkanları məhdud şəxslərə planlı yanaşmaların təşkili onların cəmiyyətdə özünəməxsus yer tuta biləcəkləri haqqında müsbət proqnozla nəticələnə bilər  mesajı verildi.















Bookmark and Share