Biologiya Fakültəsi

BİOLOGİYA FAKÜLTƏSİNİN DOSENTİ DÜNYASINI DƏYİŞMİŞDİR

30/09/2021

Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının dosenti, biologiya elmləri namizədi Qafar İslam oğlu Əli-zadə 67 yaşında dünyasını dəyişmişdir.
Qafar müəllim 4 fevral 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1961-1971-ci illərdə 53 və 225 saylı Bakı şəhər orta məktəblərində təhsil almış, daha sonra təhsilini 1971-1976-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində davam etdirmişdir. 1977-ci ildə AMEA-nın Botanika institutunda baş laborant, 1978-1984-cü illərdə AMEA-nın Fizika institutunda elmi işçi, 1984-1989-cu illərdə VODGEO mərkəzində böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, 1989-2004-cü illərdə Bakı Dövlət Universiteti, Biotexnologiya ETL-də böyük elmi işçi, aparıcı elmi işçi, 2004-2011-ci illərdə Biofizika və molekulyar biologiya kafedrasında baş müəllim, 2011-ci ildən isə dosent vəzifəsində çalışmışdır. Çoxlu sayda məqalənin, 1 monoqrafiya və 1 kitabın müəllifidir.
Hüceyrə biofizikası və biotexnologiyası - ətraf mühit amillərinin müxtəlif diapazonlu elektromaqnit şüaları və ozonun ardıcıl qarşılıqlı təsirinə qarşı birhüceyrəli sistemlərin davamlığı və biotexnologiyanın fotobioenergetik problemləri sahəsində tədqiqatlar aparmışdır.
Qafar müəllim çalışdığı kafedranın, fakültənin, eləcə də universitetin ictimai işləridə daim yaxından iştirak etmiş, hər zaman gənc kadrlara elmi və pedaqoji məsləhətlər vermişdir.

Onun xatirəsi daim fakültə və kafedra əməkdaşlarının yaddaşlarında yaşayacaqdır.

Allah rəhmət eləsin!

Bookmark and Share