Biologiya Fakültəsi

BİOLOGİYA FAKÜLTƏSİNİN TƏDRİS-METODİKİ ŞURASININ İLLİK HESABATI DİNLƏNİLDİ

19/10/2018

Bu gün, unuversitetin Tədris-Metodiki Şurasının üzvlərinin iştirakı ilə biologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasda fakültənin Tədris-Metodiki Şurasının sədri prof. Z.M.Məmmədovun Şuranın 1 illik fəaliyyətinə həsr olunmuş hesabatı dinlənildi. Hesabatda fakültədə tədris olunan fənlərin həm proqram, dərs vəsaiti, metodik göstərişlərlə təminatı haqqında, həm də TMŞ üzvlərinin iştirakı ilə keçirilən açıq dərslər haqqında ətraflı məlumat öz əksini tapmışdır. Prof. Z.M.Məmmədov son illər ərzində tədrisin keyfiyyətinin artmasını qeyd edərək, bu istiqamətdə görüləcək işlər haqqında məlumat verdi, konkret təkliflər irəli sürdü.



Məruzəçiyə Elmi Şura üzvləri tərəfindən suallar verildi, Tədris-Metodiki Şuranın fəaliyyətinin təkmilləşdirilməsinə dair tövsiyyələr səslənildi. Elmi Şura üzvləri, qonaqlar, sədr prof.A.Ə.Quliyev çıxış edərək hesabata münasibətlərini bildirdilər, TMŞ-nin ötən il ərzində fəaliyyətini yüksək qiymətləndirdilər.







Bookmark and Share