BİOLOGİYA FAKÜLTƏSİNİN TƏLƏBƏLƏRİNİN “VARVARA-BALIQ ASC” ZAVODUNDA İSTEHSALAT TƏCRÜBƏSİ
30/04/2022Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələri Zoologiya və Fiziologiya kafedrasının dosenti Çingiz Məmmədovun rəhbərliyi ilə Yevlax rayonunun Varvara kəndində fəaliyyət göstərən “Varvara-Balıq ASC” nərəbalıq yetişdirmə təsərrüfatında istehsalat təcrübəsi keçiblər.
“Varvara-Balıq ASC” nərəbalıqyetişdirmə təsərrüfatı istehsal etdiyi balıq körpələrinin bir hissəsini Kür çayına və Xəzər dənizinə buraxır, eyni zamanda əmtəə məqsədilə müxtəlif növlü nərə balıqları yetişdirir və kürü məhsulu istehsal edir.
Təcrübə prosesində tələbələr təsərrüfatın quruluşu, işləmə prinsipi, istehsalat prosesində istifadə olunan avadanlıqlar və qurğularla, balıqartırma prosesi ilə əyani tanış olublar. Reproduktiv nərələrin cinsiyyətinin və yetkinlik mərhələsinin qeyri-invaziv təyin edilməsi üçün istifadə olunan ulta-səs dianostika aparatı və törədicilərin elektron çiplərlə işarələnməsi üsulları ilə tanış olublar.
Tələbələr təsərrüfatda nərələrin “hovuz” üsulu və nohurlarda yetişdirilməsi texnologiyaları ilə, həmçinin müxtəlif növ nərələrin törədici fondu, onların yetişdirilməsi, balıqartırma və əmtəə məqsədilə istifadə qaydaları ilə də tanış olublar.
