Biologiya Fakültəsi

Botanika kafedrasının baş laborantı Hüseynova Səbinə Çexiya Respublikasına elmi səfər edib

02/09/2015

Biologiya fakültəsi, Botanika kafedrasının baş laborantı Hüseynova Səbinə Azər qızı doktorluq dissertasiyasının praktik hissəsini həyata keçirmək məqsədilə bu ilin avqust ayında Çexiya Respublikasına elmi səyahət etmişdir. Bir həftə ərzində burada Azərbaycanın müxtəlif regionlarından toplanmış nümunələrin molekuyar-genetik analizlərini aparmışdır. Bu analizlər Karlov Universitetinin Zoologiya kafedrasının və Praqanın Milli Muzeyinin Zoologiya şöbəsinin laboratoriyalarında həyata keçirilmişdir. Səbinə Hüseynova yuxarıda qeyd olunan laboratoriyalarda toplanmış nümunələrin DNT-sini ayırmış, PZR (Polimeraz Zəncir Reaksiyaları) vasitəsilə amplifikasiya etmiş, sekvinasiya metodu ilə mitoxondrial genomun nukleotid ardıcıllığını müəyyən etmiş və sonda əldə olunan nəticələrə əsaslanaraq xüsusi proqramlar vasitəsi ilə bu növlərin başqa ölkələrdən olan növlərlə filocoğrafi (qohumluq) əlaqəsini müəyyən etmişdir. Onu da qeyd edək ki, bu elmi-tədqiqat işi Slovakiyanın Vişeqrad Fondu tərəfindən maliyyələşdirilmişdir. Belə ki, əməkdaşımız Səbinə Hüseynova bu fondda qrant layihəsinin qalibi olmuşdur. Aparılan tədqiqatlar hələ də davam etdirilir və gənc alim 2016-cı ildə yeni nümunələrin molekulyar-genetik analizlərini aparmaq üçün yenidən Çexiya Respublikasına qayıtmağı planlaşdırır.

Bookmark and Share