Biologiya Fakültəsi

Botanika kafedrasının professoru A.Məmmədova Macarıstana dəvət alıb

02/12/2013

Botanika kafedrasının professoru Afət Məmmədova Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali təhsil, orta ixtisas təhsili və elm şöbəsinin müdiri Gültəkin Hüseynova və Xəzər Universitetinin Doktorantura və elmi hissəsinin müdiri dos. Eldar Şahgəldiyev ilə birlikdə Avropa komissiyasının rəsmi dəvəti ilə 29.11.2013-cü il tarixindən 30.11.2013-cü il tarixinədək Macarıstan Respublikasının Budapeşt şəhərinə ezam edilmişdirlər. Səfər zamanı nümayəndə heyəti Avropanın tanınmış universitetləri olan Etvoş Lorand, Korvinus, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Mərkəzi Avropa Universiteti (özəl), Peter Pazmany Katolik Universitetində, Milli Doktorlar Şurasında, Macarıstanın Akkreditasiya Komitəsində və Macarıstan Elmlər Akademiyasında olmuşlar. Azərbaycanlı ekspertlər Macarıstan Elmlər Akademiyasının prezidiumunun nümayəndələri və universitetin rəhbərləri ilə görüşərək doktorantura təhsili sahəsində müzakirələr aparmışdırlar.

Səfərdə A.Məmmədova, habelə 378 yaşı olan Etvos Lorand Universitetinin Təbiət elmləri fakültəsinin Biologiya üzrə Doktor məktəbində, Bitkilərin sistematikası, ekologiyası və konservativ biologiya departamentində və Biologiya institutunda da olmuşdur.

Nümayəndə heyəti Avropanın nüfuzlu universitetləri sırasından olan Corvinus universitetinin Qida elmləri fakültəsinə dəvət olunublar. Fakültə daxilində 3 tədris binası, 12 departament və texnopark vardır. Ekspertlər Botanika, Ekologiya və məhsulların davamlı sistemləri departamentlərini də ziyarət etmiş, burada onlar magistr və doktorantura proqramları ilə tanış olmuşdurlar. Elmi işlər üzrə rektor müavini, bioloq - prof. Palkovics Laszio, prof. Magdolna Toth, prof. Padoni Janos ilə görüşərək elmi müzakirələr aparmışdırlar. Müzakirələr zamanı hər iki universitet ilə elmi əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi istiqamətdə addımlar atılması, müəllim və tələbələrin qarşılıqlı mübadiləsi nəzərdə tutulmuşdur.

 

 

 

 

 

 

 

 

Bookmark and Share