Biologiya Fakültəsi

Botanika və bitki fiziologiyası kafedrasının əməkdaşı təlimdə iştirak edib

05/12/2022

Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müəllimi Nigar Alıyeva 02-03 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanan anlaşma memorandumu çərçivəsində vətəndaş məmnuniyyətinin artırılması məqsədi ilə ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən keçirilmiş təlimdə iştirak etmişdir. Təlim "Effektiv ünsiyyət", "Konfliktlərin idarə edilməsi", "Vətəndaşlara xidmət üzrə ixtisasartırma" mövzuları üzrə aparılmışdır. Təlimdə Dr.Devrim Keklik, psixoloq Şərafət Şirinli iştirakçılar qarşısında çıxışlar etmiş, sualları cavablandırmışlar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.





Bookmark and Share