Biologiya Fakültəsi

Canlı sistemlərin ekoloji stress vəziyyətlərinin qiymətləndirilməsində EPR radiospektroskopiyanın rolu mövzusunda seminar

21/05/2021

21 may tarixində Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində növbəti elmi seminar keçirilib.Seminarda Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən prof. Rövşən Xəlilov və kafedranın əvəzçiliklə dosenti Aygün Nəsibova “Canlı sistemlərin ekoloji stress vəziyyətlərinin qiymətləndirilməsində EPR radiospektroskopiyanın rolu” mövzusunda məruzə ilə çıxış ediblər.

Seminarın moderatoru Biologiya fakültəsinin dekanı vəzifəsini icra edən Səbinə Ömərova giriş sözü ilə çıxış edərək seminar iştirakçılarını, qonaqları salamlayıb və sözü məruzəçilərə verib. Dos. Aygün Nəsobova öz çıxışında müxtəlif bitki növlərinin və heyvan orqanizmlərinin ekoloji stress vəziyyətlərinin qiymətləndirilməsində  Elektron Paramaqnit Rezonans (EPR) metodunun üstünlüyü və rolu barədə məlumat verib. EPR metodu ilə canlı sistemlərdə maqnit xassələrinin yaranması mexanizmlərini göstərib. Prof Rövşən Xəlilov seminarda məruzəçi kimi çıxış edərək stress amillərin bitkilərdə fotosintez prosesinə təsiri barədə aldığı nəticələr barədə çıxış edib. Eyni zamanda alınan nəticlərin tibdə tətbiqinin əhəmiyyəti barədə məlumat verib.

Seminarda BDU-nun pofessor, müəllim və tələbə (magistr) heyətinin üzvləri ilə yanaşı digər yerli və xarici universitetlərin də professor –müəllim heyətləri də iştirak etmişlər. Seminarın sonunda məruzəçilər sualları cavablandırmışlar.  ATU-nun professoru, əczaçılıq kafedrasının müdiri prof. Məhbubə Vəliyeva məruzəçi A.Nəsibovaya suallar vermiş, çıxışlardan və cavablardan məmnun olduğunu bildirmişdir. Həmyerlimiz, Koreya aparıcı universitetlərindən birində çalışan İsmayıl Zülfüqarov da suallar vermiş və məruzəçilərə uğurlar arzulamışdır. Bundan başqa tədbirdə AMEA –nın alimləri, ATU-nun bir çox professor və müəllimləri, Turkiyənin bir neçə aparıcı universitetlərinin alimləri iştirak ediblər. Çıxışlardan sonra moderator seminarın bütün iştirakçılarına  və  məruzəçilərə öz minnətdarlığını bildirmiş və onlara uğurlar arzulamışdır.

Bookmark and Share