Biologiya Fakültəsi

“Chlorella: metabolizmin məqsədyönlü idarə edilməsi” mövzusunda elmi seminar

23/04/2021

Biologiya fakültəsinin “Biomühəndislik” elmi tədqiqat laboratoriyasının “Chlorella: metabolizmin məqsədyönlü idarə edilməsi” mövzusunda növbəti onlayn elmi seminarı keçirildi. Biologiya fakültəsinin professor-müəllim heyəti, doktorant və magistlarının iştirakı ilə baş tutan seminarda məruzəçi, “Biomühəndislik” ETL-nin kiçik elmi işçisi, doktorant Günel Mehdiyeva Chlorella vulgaris mikroyosun hüceyrələrində müxtəlif birləşmələrin depolanması məqsədi ilə metabolizmin idarəsi metodları haqqında məlumat verdi. Məruzəçi bu hüceyrə kulturasından əldə edilə biləcək birləşmələrdən və onların  sənayenin müxtəlif sahələrində praktik əhəmiyyətindən bəhs etdi. Seminarda dünya üzrə gələcək perspektivi olan, sənayi əhəmiyyətə malik Algo-Refinery konsepsiyasından söhbət açıldı. Seminar mövzu haqqında iştirakçıların çoxsaylı sualları ətrafında geniş diskussiya ilə yekunlaşdı.





 

Bookmark and Share