COVID-19 və həkimlərin üzərinə düşən məsuliyyət mövzusunda seminar
25/05/2021Çıkaqo Dövlət Universitetinin (ABŞ, İllinoys ştatı) Mikrobiologiya, immunologiya, fiziologiya və yoluxucu xəstəliklər departamentinin professoru Nadim Fazal Biologiya fakültəsinin tələbələrinə "COVID-19 və həkimlərin üzərinə düşən məsuliyyət" mövzusunda mühazirə keçdi. Mühazirədə Biologiya ixtisası üzrə ingilis bölməsində təhsil alan tələbə və magistrantlar, eləcə də professor-müəllim heyəti iştirak etdi. Mühazirə interaktiv şəkildə baş tutdu, professor auditoriyanı maraqlandıran sualları cavablandırdı, peyvəndlərin hazırlanması, onları təsiri və effektivliyi mövzusu ətrafında fikir mübadiləsi aparıldı. Gələcəkdə professor Nadim Fazal tərəfindən immunologiya və fiziologiyanın maraqlı aspektlərinə həsr olunmuş silsilə mühazirələrinin təşkil olunacağı qeyd olundu.
