Biologiya Fakültəsi

“CRİSPR/CAS9 SİSTEMİ”

30/11/2018

30 noyabr 2018-ci il tarixində Biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “CRİSPR/CAS9 sistemi” mövzusunda elmi seminar baş tutdu. Seminarda  Biologiya fakültəsinin dekanı prof. Akif Quliyev, Zoologiya kafedrasının müdiri prof. Canbaxış Nəcəfli, Bitki fiziologiyası kafedrasının müdiri prof. Vilayət Abdıyev, İnsan və heyvan fiziologiyası kafedrasının müdiri prof. Əli Əliyev, TEC-in üzvləri və 30-dan artıq tələbə iştirak etdi. Seminarın açılışında TEC-in sədri dos. Çingiz Məmmədov iştirakçıları salamlayaraq seçilmiş mövzu haqqında qısa məlumat verdi və sözü məruzəçilərə ötürdü.  Məruzəçilər IV kurs tələbələri Lalə Salmanova və Fəridə Quluzadə CRİSPR/CAS9 sisteminin mənşəyindən, hüceyrədə molekulyar səviyyədə həyata keçirdiyi modifikasiyaların mexanizmindən söhbət açdılar. Çıxış zamanı məruzəçilər CRİSPR/CAS9 sisteminin tədqiqi, biotexnoloji tətbiqi, irsi ötürülən və sonradan qazanılan müxtəlif xəstəliklərin müalicəsi üçün adı çəkilən sistemin aktuallığını vurğuladılar. Çıxışın yekununda məruzəçilər professor və tələbələrin çoxsaylı suallarını ətraflı cavablandırdılar.





Qeyd edək ki, TEC çərçivəsində tələbələrin biliklərinin zənginləşməsinə və onların müxtəlif tədqiqat qruplarına cəlb olunmasına xidmət edən belə tədbirlər fakültə daxilində mütəmadi olaraq keçirilir.

Bookmark and Share