Biologiya Fakültəsi

“Diabet xəstəliyi və genetik araşdırmalar” mövzusunda elmi seminar

08/04/2021

08 aprel 2021-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Diabet xəstəliyi və genetik araşdırmalar” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə əlaqədar I kurs 152 E ingilis qrupunun tələbəsi Çiçək Mollayeva çıxış etdi. Seminarda  Biologiya fakültəsinin dekan müavini, dos. Səbinə Ömərova, Tələbə Elmi Cəmiyyətinin rəhbəri, dos. Çingiz Məmmədov, Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən, professor Rövşən Xəlilov, Zoologiya və fiziologiya kafedrasının müəllimləri - dos. Avtandil Musayev, dos. Sevinc Hümbətova, Səbinə Əsgərova, Botanika və bitki fiziologiyası kafedrasının əməkdaşı Kəmalə Əsədova, Genetika kafedrasının müəllimi Nahidə Əsədova və TEC-in 35-dən artıq tələbə və magistrant üzvləri iştirak etdi. Seminarın açılışında TEC-in Biologiya fakültəsi üzrə rəhbəri Çingiz Məmmədov iştirakçıları salamlayaraq seçilmiş mövzu haqqında qısa məlumat verdi və sözü məruzəçiyə ötürdü. Məruzəçi Çiçək Mollayeva cəmiyyətdə əhali arasında çox yayılmış diabet xəstəliyi, onun aktuallığı, yaranma səbəbləri, bu sahədə aparılan elmi tədqiqatlar haqqında geniş çıxış etdi və xəstəliyin genetik səbəbləri, həmçinin bu sahədə dünya alimləri tərəfindən əldə olunmuş yeni nailiyyətlərin praktikada tətbiqi haqqında geniş məlumat verdi. Məruzəçi öz çıxışında insulin hormonunun normal sintezi, diabet xəstəliyinin tipləri - Tip I, Tip II, LADA diabet növü, Monogenetik diabet və formaları, Monogenetik diabet və mutasiya uğrayan genlər, MODY və formaları haqqında ətraflı məlumat verdi.  Çıxışın yekununda məruzəçi seminar iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırdı. Mövzu ətrafında geniş diskussiyalar yarandı. Tələbə və müəllimlər I kurs tələbəsi Çiçək Mollayevaya təhsildə gələcək tədqiqatlarında müvəffəqiyyətlər arzu etdilər.







Bookmark and Share