Biologiya Fakültəsi

DNT markerlərin kriminalistika və populyasiya genetikasının tədqiqində rolu və STR analizi

08/05/2021

08 may 2021-ci il tarixində Biologiya fakültəsi “Biomühəndislik” elmi tədqiqat laboratoriyasının onlayn formatda növbəti DNT markerlərin kriminalistika və populyasiya genetikasının tədqiqində rolu və STR analizi”nə dair vorkşopu keçirilmişdir.

Biologiya fakültəsinin doktorantı Məmmədova Lalə Nail qızı  giriş sözü ilə çıxış edərək, morfoloji və molekulyar markerlərin təsnifatı, molekulyar markerlərin kriminalistika, hərbi genetika və populyasiya genetikasında tətbiqinin öyrənilməsinin aktual məsələlərdən biri olduğunu vurğuladı. Sonra State University of New York, Albany Universitetinin məzunu, RNA Institutunun tədqiqatçısı və doktorantı, Əsmər Əliyeva Azərbaycan populyasının Globalfiler Kit-i ilə STR allel tezlikləri verilənlər bazasının yenilənməsi mövzusunda məruzə etdi. Yenilənmiş və genişləndirilmiş 20 CODIS STR lokusunu özündə cəmləyən Globalfiler Kit-i ilə Azerbaycan populyasiyası üçün STR allel tezlikleri 506 nümünə ilə öyrənilməsi, tələb olunan bütün kriminalistik və populyasiya genetikasının statistik göstəriciləri müxtəlif proqramlar vasitəsilə təsdiqlənməsi haqqında məlumat verdi. Yeni təsdiqlənmiş verilənlər baza, kriminalistika, atalıq testləri və insan identifikasiyanda istifadə edilə biləcəyi qeyd edildi. Qeyd edilən məlumatlar,  International Journal of Legal Medicine ,“Population genetic data for 21 autosomal STR loci in the Azerbaijani population using the Globalfiler™ kit” məqaləsində öz əksini tapmışdır. (https://link.springer.com/article/10.1007%2Fs00414-021-02610-2)

Daha sonra Bakı Dövlət Universitetində ilk dəfə olaraq State University of New York, Albany Universitetinin Kriminalistik Biologiya proqramının rəhbəri Dr Arati İyengar  “mt DNT (mitoxondrial) və SNP markerlərinin kriminalistikada rolu və əhəmiyyəti” mövzusunda çıxış etdi. Çıxışda cinayət yerlərində tapılan DNT  nümunələrinin əksəriyyəti zədələnmiş, kirlənmiş çətin analiz olunan nümunələr təşkil etdiyi, bu nümunələr ilə işləyərkən mtDNT-nin rolunun əvəzsizliyi, nüvə DNT-dən fərqli olaraq davamlı olduğu və insan qalıqlarının, tanınmaz halda olan nümunələrinin identifikasiyasında istifadə olunması və populyasiya miqrasiyasınin öyrənilməsində önəmi qeyd edildi. Dr Arati İyengar eyni zamanda SNP markerlərinin kriminalistikada STR və mtDNT testlərini təsdiqləmək üçün istifadəsi, insanın boyu, üz quruluşu, göz, saç və dəri rəngi, təyin edilməsinin mümkünlüyü barədə məlumat verdi. Seminar mövzu haqqında iştirakçıların çoxsaylı sualları ətrafında geniş diskussiya ilə yekunlaşdı.





Bookmark and Share