Biologiya Fakültəsi

ELAN

10/03/2022

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Elm günü” ilə bağlı  silsilə tədbirlər sırasında 11 mart 2022-ci il tarixində saat 14-00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda  Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov “Patogen və bitkilərin qarşılıqlı əlaqəsinin tədqiqinin təbiətin sabitliyində rolu” adlı məruzə ilə çıxış edəcək. Məruzənin mövzusu bitkilərin müxtəlif neqativ faktorların təsirinə məruz qalaraq kəmiyyət və keyfiyyət göstəricilərinin aşağı düşməsi  və bu proseslə əlaqədar bitki-patogen əlaqəsinin araşdırılması və bitkilərin müdafiə mexanizmlərinin bu prosesə müdaxiləsinin, bitkilərin immun mexanizmlərin patogenlərinin müəyyənləşdirməsi (ilkin identifikasiyası-liqand-reseptor əlaqəsinin formalaşması hesabına), məhv etməsi və ortaya çıxan problemləri əhatə edəcəkdir.  Elmi seminarda məruzəçi   patogenlərə daha dözümlü bitki genotiplərinin müəyyən edilməsi üçün qısa müddətli skrininq analizlərin həyata keçirilməsinə gərəkli mexanizmlərin tədqiqi və təhlilinin vacib olması Patogenlərin (bakteriya, göbələklər,virus və zərərvericilərin) neqativ təsirləri  bitkilərin müxtəlif toxumalarının zədələnməsi, toksinlərin toplanması  və təbiətdə mübadilə prosesinin əsas son halqası kimi insan orqanizminə zərər vurması, təbiətin tarazlığının  pozulması ilə nəticələnə bilir. Bu mənfi təsirlərin azaldılması və ya aradan qaldırılması prioritet  məsələdir. Seminarda  patogen və bitkilərin qarşılıqlı əlaqəsinin  təbiətdə stabilliyin qorunmasında rolu, mexanizmlərin təhlilinin verilməsi məqsədi daşıyır.

Bookmark and Share