ELAN
09/05/202219 may 2022-ci il, saat 11:00-da Bakı Dövlət Universitetinin Biologiya fakültəsində fəaliyyət göstərən FD 2.31 Dissertasiya Şurası nəzdində 2406.01-“Biofizika” ixtisası üzrə Elmi seminarda Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitunun "Eksperimental botanika" şöbəsinin sabiq doktorantı Türkan Coşqun qızı Paşazadənin həmin ixtisas üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi "Lipid membranlarında polien antibiotiklərin yaratdığı ion kanallarının fiziki-kimyəvi xassələrinin tədqiqi" mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.
Elmi rəhbər: b.e.d., prof., AMEA-nın müxbir üzvü Xəlil Məmmədəli oğlu Qasımov
Elmi məsləhətçi: b.ü.f.d., dos. Gulnar Hacibəy qızı Sultanova
Elmi seminarın keçiriləcəyi yer: BDU, əsas bina, 4-cü mərtəbə, 445-ci auditoriya.
Arzu edənlər iştirak edə bilərlər.
