Biologiya Fakültəsi

ELAN

14/03/2022

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Elm günü” ilə bağlı  silsilə tədbirlər sırasında 15 mart 2022-ci il tarixində saat 14-00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda Botanika və bitki fiziologiyası kafedrasının dosent əvəzi Asim Səfərov İqlim dəyişkənliyinin dağ ksetofit bitkilərinə təsiri ilə bağlı müzakirələradlı məruzə ilə çıxış edəcək. Məruzənin mövzusu son 150-200 ildə planetdə baş verən iqlim dəyişkənliklərinin Yer kürəsinin bitki örtüyünə təsirinin təhlil olunması, ayrı-ayrı bitkilik tiplərində bu dəyişkənliklərin təsiri altında yaranan deqradasiyaların müasir vəziyyətinin analizi, həmçinin Azərbayan Respublikasının bitki örtüyündə mühüm elmi-praktiki əhəmiyyət kəsb edən, digər bitkilik tiplərindən özünəməxsus bioekoloji əlamət və xüsusiyyətləri ilə fərqlənən dağ-kserofit bitkiliyinin müasir vəziyyətinin müzakirəsini əhatə edəcəkdir.

Elmi seminar planetimizdə havanın orta illik temperaturunun son 50 ildə kəskin dərəcədə istiləşməsinin biosferə və xüsusilə bitki örtüyünə təsirinin nəticələrini və bu prosesin mümkün olacaq dərəcədə zəiflədilməsi istiqamətində görülə biləcək tədbirlər planının elmi əsaslarının hazırlanması, bu istiqamətdə görüləcək işlərin planının  tərtib olunması məqsədi daşıyır.

 

Arzu   edənlər iştirak edə bilər.

Bookmark and Share