Elan
16/11/202217 noyabr 2022-ci il tarixində saat 12.00-da 461 saylı auditoriyada Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının dosenti Lalə Neymət qızı Mehdiyevanın "Siyəzən və Şabran rayonları ərazisində bitən ağac və kol bitkilərində göbələk xəstəlikləri" mövzusunda elmi seminarı keçiriləcək. Seminarda mikologiya elminin yaranması və müasir istiqamətləri, göbələklər haqqında məlumat veriləcək, bitkilərdə yaranan pas, unlu şeh, qara ləkə xəstəliklərindən bəhs ediləcək.
