ELAN
16/02/2015IAESTE Azərbaycan 2015/2016 mövsümü üçün beynəlxalq təcrübə mübadiləsinə dəvət edir.
Əgər sən,
İxtisasına uyğun təcrübə əldə etmək;
Beynəlxalq sertifikat əldə etmək;
Yay tətilini xaricdə keçirmək;
Həmin ölkəni gəzmək və tanımaq;
Yeni xarici dostlar qazanmaq istəyirsənsə bizə qoşul!
Təcrübə proqramı 2 Hissədən ibarətdir:
- Həftənin 5 günü sənin ixtisasına uyğun şirkət , təşkilat və ya universitetdə mükəmməl təcrübə;
- Həftəsonları təşkil olunacaq sosial proqram: bu proqram vasitəsi ilə ölkənin mədəniyyəti, incəsənəti, tarixi ilə taniş olacaqsınız.
IAESTE proqramına siz ödəniş edir və işiniz qarşılığında maaş əldə edirsiniz.
Hər bir iştirakçıya işi müqavilində çalışacağı şirkət , təşkilat və ya universitet tərəfindən ödəniş olunacaq.
Proqramda yalnız bakalavr və magistr dərəcəsində təhsi alan tələbələr iştirak edə bilər.
2015-cü ilin yay ayları üçün nəzərdə tutulmuş ixtisaslar aşağıdakılardır:
- IT, Kompyuter mühəndisliyi
- Aviasiya texnologiyası və iqtisadiyyat
- Kimya
- Biologiya
- Sənaye mühəndisliyi
- Mexaniki mühəndislik
- Sənaye mühəndisliyi iqtisadiyyatı
Qeydiyyat üçün son tarix – 5 Mart 2015-ci il
Ətraflı məlumat və qeydiyyat üçün link: http://www.iaeste.az/telebeler/movcud-tecrubeler/
Əlaqə üçün: info@iaeste.az
QEYD: təcrübə proqramı ingilis dilində aparılır.
