ELAN
25/03/202228 mart 2022 -ci il tarixində saat 1200 Azərbaycan Tibb Universitertinin Mikrobiologiya və immunologiya kafedrasının professoru, b.e.d. Nigar Agayeva “Virusların bioloji xüsusiyyətlərinin öyrənilməsinin müasir dövrümüzdə rolu və Covid-19 infeksiyası” mövzusunda ustad dərsi keçəcəkdir.
Məruzəçi virusların törətdiyi xəstəliklər, onların bioloji xüsusiyyətlri və mübarizə yolları haqqında məlumatları nəzərə çatdıracaqdır. Agayeva həmçinin məruzəsində dövrümüzün bəlası olan Covid-19 infeksiyası,onun insan orqanizmində yolu və mübarizə imkanları haqqında məlumat verəcəkdir.
Arzu edənlər iştirak edə bilər.
Qeyd: yeni bina akt zalı( I mərtəbə)
