Biologiya Fakültəsi

ELAN

27/03/2022

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Elm günü” ilə bağlı silsilə tədbirlər sırasında 29 mart 2022-ci il tarixində saat 14:00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev “Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələri” adlı məruzə ilə çıxış edəcək. Məruzənin mövzusu Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələrinin canlıların ən əsas funksiyalarından olmasını, orqanizmin bütün fəaliyyətinə təsir etməklə onun sayını, yayılmasını, həyat tərzini, davranışını, digər orqanizmlərlə qarşılıqlı münasibətlərini və s. müzakirəsini əhatə edəcəkdir.

Elmi seminarda quşların trofik və biotopik əlaqələrinin geniş spektrinin ekosistemlərin vəziyyətini, baş verən dəyişiklikləri bioindikator kimi istifadə etməyə imkan verməsi və müxtəlif infeksion xəstəliklərin yayılmasına şərait yaradan onurğalı və onurğasız heyvanların  bioindikatoru kimi quşların xüsusi əhəmiyət kəsb etməsi [quş qripi və s.]  müzakirə olunacaq.

Arzu edənlər iştirak edə bilər!

Bookmark and Share