ELAN
30/04/202212 may 2022-ci il, saat 11:30-da Bakı Dövlət Universitetinin Biologiya fakültəsində fəaliyyət göstərən BED 2.31 Birdəfəlik Dissertasiya Şurası nəzdində 2406.01-“Biofizika” ixtisası üzrə Elmi seminarda Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun "Eksperimental botanika" şöbəsinin sabiq doktorantı GÜLNAR HACIBƏY qızı SULTANOVANIN həmin ixtisas üzrə biologiya elmləri sahəsində elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “ULTRASƏS DALĞALARININ VƏ MAKROLAKTON BİRLƏŞMƏLƏRİN HÜCEYRƏ VƏ LİPİD MEMBRANLARIN DAVAMLILIĞI VƏ KEÇİRİCİLİYİNƏ TƏSİR MEXANİZMLƏRİ” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.
Elmi məsləhətçi: AMEA-nın müxbir üzvü, b.e.d., prof. Xəlil Məmmədəli oğlu Qasımov
Müdafiənin keçiriləcəyi yer: BDU, əsas bina, 4-cü mərtəbə, 445-ci auditoriya.
Arzu edənlər iştirak edə bilərlər.
