Biologiya Fakültəsi

ELAN

18/04/2022

28 aprel 2022-ci il, saat 11:00-da Bakı Dövlət Universitetinin Biologiya fakültəsində fəaliyyət göstərən FD 2.31 Dissertasiya Şurası nəzdində 2406.02-“Biokimya” ixtisası üzrə Elmi seminarda Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının dissertantı GÜLZAR VİDADİ qızı NƏRİMANOVANIN həmin ixtisas üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “HAMİLƏLİYİN GEDİŞİNİ AĞIRLAŞDIRAN TORCH İNFEKSİYALAR ZAMANI BƏZİ ANTİMİKROB PEPTİDLƏRİN VƏ SİTOKİNLƏRİN TƏDQİQİ” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.
Elmi rəhbər: b.e.d., professor Arif Mustafa oğlu Əfəndiyev
Elmi məsləhətçi: t.e.d., professor Akif İrzaxan oğlu Qurbanov

Müzakirənin keçiriləcəyi məkan: BDU, əsas bina, 4-cü mərtəbə, 445-ci auditoriya.
Arzu edənlər iştirak edə bilərlər.

Bookmark and Share