Elan: Biologiya fakültəsində elmi seminar keçiriləcək
29/11/2022Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 01 dekabr 2022-ci il tarixində saat 14:00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda Biofizika və biokimya kafedrasının dissertantı Mardin Artuklu Universitetinin əməkdaşı Adıcan Mehmet Tevfik “Bitki mənşəli nanohissəciklər və onların biotibbdə tətbiqi” adlı məruzə ilə çıxış edəcək. Məruzədə müxtəlif bitkilər vasitəsilə metal nanohissəciklərin sintezi və nanohissəciklərin xarakteristikalarının müxtəlif müasir metodlatla öyrənilməsi haqqında məlumat veriləcək. Həmin nanohissəciklərin fəallığı, ölçüləri və digər parametrləri əsas verir ki, onlardan bioloji və tibbi tədqiqatlatda geniş istifadəsini təmin edək. Eyni zamanda məruzəçi biotibbiyönümlü kanse rogen qızıl və gümüş nanohissəciklərdən alınmış ilkin nəticələr barədə seminarda məlumat verəcək.
